Çində ölənlərin sayı 85-ə çatdı

Çində ölənlərin sayı 85-ə çatdı
  15 Avqust 2015    Oxunub:2162
Çinin Tyantsin şəhərində tez alışan materiallar anbarında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 85-ə yüksəlib.
Bu barədə AzVision.az `Sinxua` agentliyinə istinadən xəbər verir.

Partlayışlar nəticəsində 17 min mənzilə, 1,7 min şirkət və 675 mağazaya zərər dəyib.

Ümumilikdə partlayışlar zamanı 10 mindən çox maşın yanıb.

Ən böyük zərər Almaniyanın ` Volkswagen` və ` Renault` şirkətlərinə dəyib. Partlayış nəticəsində Almaniya konsernin 2748 avtomobilinə, Fransa şirkətinin isə 1500 avtomobilə zərər dəyib.

`Honda` və ` Mitsubishi` şirkətləri də onlara ziyan dəyməsi barədə məlumat paylaşıblar.

Xatırladaq ki, avqustun 13-ü Çinin Tyantsin şəhərində tez alışan materiallar anabarında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 50-yə çatıb. Hadisə nəticəsində təxminən 500 nəfər yaralanıb. Hazırda şəhər rəhbərliyi 36 yanğınsöndürənlə əlaqənin itdiyini açıqlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti