Bin Ladenin oğlu ABŞ-a qarşı cihada səslədi

Bin Ladenin oğlu ABŞ-a qarşı cihada səslədi
  15 Avqust 2015    Oxunub:3023
`Əl-Qadiə` terror qruplaşması Usama bin Ladenin oğlunun müraciətini yayımlayıb.
AzVision.az ` The Telegraph.`-a istinadən xəbər verir ki, dünyanın bir nömrəli terrorçusunun oğlu tərəfdarlarına müraciətində London və digər Qərb ölkələrinin paytaxtlarında terror aktlarının törədilməsinə səsləyir.

23 və ya 24 yaşında olduğu iddia edilən Həmzə bin Ladenin audio müraciəti `Twitter` vasitəsilə yayımlanıb. `Əl-Qaidə`nin sabiq rəhbərinin oğlu ABŞ və onun tərəfdaşlarına qarşı cihada çağırır. Hücum üçün potensial yer olaraq o, London, Vaşinqton, Paris, Təl-Əviv, Kabil, Bağdad, o cümlədən Qəza sektorunun adını çəkib.

`The Telegraph` qeyd edir ki, Həmzə bin Laden heç vaxt terrorizmi dəstəkləməyib. Lakin onun 2005-ci ildə, təxminən 13 yaşı olduğu vaxt Pakistan və Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edib.

Həmzə ben Ladenin hazırda harada olması barədə məlumat yoxdur. Onun atasının 2011-ci ildə Abbatabatda zərərsizləşdirilməsi zamanı Həmzənin də onunla bərabər öldürüldüyü bildirilirdi. Lakin sonradan məlum olub ki, ABŞ xüsusi təyinatlılarının reydi zamanı ben Ladenin digər oğlu Xalid öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti