Türkiyədə daha bir terror - 3 əsgər şəhid oldu

Türkiyədə daha bir terror - 3 əsgər şəhid oldu
  16 Avqust 2015    Oxunub:2057
Türkiyədə PKK terrorçuları tərəfindən daha bir terror hadisəsi törədilib.

Türkiyə mediasının məlumatına görə, ölkənin Bingöl bölgəsindəki Karlıova rayonunda PKK tərəfindən yola basdırılmış partlayıcının işə düşməsi nəticəsində 3 hərbiçi şəhid olub, 6-sı yaralanıb. Bildirilir ki, PKK-çılar bölgədəki yolları kəsərək mülki vətəndaşları yoxlayırmışlar.

İstanbulda isə polisin 23 ünvanda apardığı antiterror əməliyyatı nəticəsində PKK və YDG-H terrorçu qruplaşmalarına aid 15 nəfər həbs edilib.

İzmirdə də polis tərəfindən genişmiqyaslı antiterror əməliyyatları keçirilib. Bildirilir ki, PKK və İŞİD mənsublu 84 nəfər şübhəli qismində saxlanılıb.

Şırnakda yol kənarında saxlanılan bomba yüklənmiş sahibsiz minik avtomobili partladılaraq zərərsizləşdirilib.

Türkiyədə hökumət qüvvələrinin antiterror əməliyyatları davam etdirilir.


Teqlər:  





Xəbər lenti