93 nəfər istidən ölüb

93 nəfər istidən ölüb
  16 Avqust 2015    Oxunub:1963
Misirdə son həftə ərzində anomal istilərdən ölənlərin sayı 93 nəfərə çatıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yüzlərlə insan yardım almaq üçün tibb müəssisələrinə müraciət edib.

Ölkədə rütubət səviyyəsinin yüksək olması vəziyyəti daha da ağırlaşdırır.

Bəzi ərazilərdə temperatur 47 dərəcəyə qədər yüksəlib.

Bununla belə, Misirdə havaların daha da isti keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.


Teqlər:





Xəbər lenti