Ukraynada növbəti dəfə azərbaycanlı biznesmen öldürüldü

Ukraynada növbəti dəfə azərbaycanlı biznesmen öldürüldü
  17 Avqust 2015    Oxunub:2709
Ukraynanın Xerson şəhərində Azərbaycan icmasının liderlərindən olan iş adamı İlham Tağıyev qətlə yetirilib.
Hadisə bu gün səhər saatlarında baş verib. İlham Tağıyevin cəsədi ona məxsus “Mersedes” markalı maşından tapılıb. Məlumata görə, cinayətkarlar onu sərt alətlə öldürüblər. Eyni zamanda ayağı və qabırğaları sındırılıb.

Mərhumun cibindən ona məxsus mənzilin açarını götürən naməlum şəxslər evi qarət ediblər. Mənzildən nə qədər zinət əşyası və pul götürüldüyü bilinmir. Faktla bağlı araşdırma aparılır.(Lent.az)


Teqlər:





Xəbər lenti