Almaniyada kütləvi dava
AzVision.az Almaniyanın “Der Westen” qəzetinə istinadən bildirir ki, Essen şəhərində ən azı 100 nəfərin iştirakı ilə baş verən kütləvi hücumun polis tərəfindən müdaxilə ilə qarşısı alınıb.
Şəhər bağı və “Aalto teatr” həyətində başlayan mübahisə sonradan böyük bir toqquşmaya gətirib çıxarıb. Polis bildirilir ki, kütləvi davada iştirak edənlər böyük bir ailə klanın üzvləridir. Toqquşmanın səbəbləri barədə isə hələ ki, açıqlama verilməyib.
Fərrux
Teqlər: