Davudoğlu-Baxçalı görüşü bitdi

Davudoğlu-Baxçalı görüşü bitdi
  18 Avqust 2015    Oxunub:2011
Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı arasında nəzərdə tutulan görüş başa çatıb.
AzVision.az xəbər verir ki, görüşdə koalisiyon hökumətin qurulması, yaxud erkən seçkilərin keçirilməsi məsələsi müzakirə olunub. Görüşün nəticələri ilə bağlı Ə.Davudoğlu mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, koalisiya hökumətinin qurulması ilə bağlı MHP 4 əsas şərt irəli sürüb. Əgər bugünkü və CHP ilə ehtimal edilən görüşlər nəticəsiz başa çatarsa, o zaman Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsi qaçılmaz olacaq. Bu halda parlament növbədənkənar seçkinin keçiriləcəyi günün tarixi haqda qərar qəbul edəcək.


Teqlər:  





Xəbər lenti