Almaniyada ailə klanları güclənir

Almaniyada ailə klanları güclənir
  18 Avqust 2015    Oxunub:1836
Almaniyada nəzrətdən çıxmış cinayətkar ailə-klanları çoxalıb. Polis isə öz növbəsində bu böyük cinayətkar ailə şəbəkəsinə nəzarət etməkdə aciz vəziyyətə düşüb.

AzVision.az “Frankfurter Allgemeine Zeitung”a istinadən bildirir ki, 2015-ci ilin əvvəlində ciddiləşən cinayətkar ailələrin aktivliyinə nəzarət getdikcə çətinləşmək üzrədir. Belə ki, Duisburq şəhərində “Saturdarah Maluku MC” adlı rok klubunda cinayətkar ailə klanına aid qanunsuz fəaliyyətlə əlaqədar müəyyən sübutlar əldə edib, lakin hüquq mühafizə orqanları onları həbs etməkdə hələ ki, acizdirlər.

Polis bildirir ki, bu yaxınlar Essen şəhərində 100 nəfərin iştirakı ilə qeydə alınmış kütləvi dava elə bu cinayətkar klanın üzvləri arasında baş verib. Bu kimi cinayətkar ailələr arasında baş verən kücə toqquşmaları Duisburq, Essen, Dortmund və Köln kimi iri şəhərlərdə qeydə alınıb.

Ümumiyyətlə, belə hallar cinayətkar ailələr arasından əraziyə nəzarət, ağalıq uğrunda baş verir. Maraqlıdır ki, belə kriminal ailələr arasında livan, türk, bolqar və rumın gənclərindən ibarət qruplar da mövcuddur.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti