`Hitler salamı`na görə cərimələnəcək

`Hitler salamı`na görə cərimələnəcək
  18 Avqust 2015    Oxunub:2292
Almaniyanın Fraytal şəhərində keçirilən etiraz aksiyasını öz həyətində izləyən 58 yaşlı Andeas adlı təqaüdçü iştirakçıları Hitlersayağı salamlayıb. Nəticədə bu hərəkətinə görə, məhkəmənin qərarı ilə ona cərimə kəsiləcək.

AzVision.az “Die Welt” qəzetinə istinadən bildirir ki, həmin hadisə qaçqınlara qarşı etiraz aksiyalarının davamlı olaraq baş tutduğu Fraytal şəhərində yaşanıb. Nasist salamına görə təqsirkar bilinən 58 yaşlı alman vətəndaşı Andreas açıqlmasında bu hərəkətindən çox utandığını, həmçinin kəsiləcək cərimə məbləğindən bərk narahat olduğunu bildirib.

Fraytal əyalət məhkəməsinin sözügedən şəxsi konstitusiyanın 86-cı maddəsinə əsasən cərimələcəyi gözlənilir. Həmin maddə qeyd olunub ki, belə hallarda iki cürə cəza forması tətbiq oluna bilər. Birincisi, maddi cərimə, ikincisi isə, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası. Ekspertlərin rəyinə görə, maddi cərimə ilə bağlı qərar verilmə ehtimalı daha yüksəkdir.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti