Hüsilər hərbiçiləri tələyə saldı - 60 ölü

Hüsilər hərbiçiləri tələyə saldı - 60 ölü
  19 Avqust 2015    Oxunub:2802
Yəməndə Hüsilər hökumətə məxsus olan ordu qüvvələrini pusquya salıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə 60 hərbiçi ölüb. Tərəflər arasında atışma Akaba-Tara rayonunda qeydə alınıb.

Belə ki, ölkədən qaçan prezident Abd Rabbo Mənsur Hadinin tərəfdarları olan hərbiçilər Abıyan vilayətindən Bayday vilayətinə qayıdan zaman yolda şiə silahlılarının mühasirəsinə düşüblər.

Nəticədə hökumət qüvvələrinin 4 tankı və 8 zirehli avtomobili məhv edilib. Üsyançılar isə döyüşdə 15 nəfər itiriblər.


Teqlər:  





Xəbər lenti