Türkiyədən yenə şəhid xəbəri gəldi
Yaralı əsgərlər helikopterlə Dicle Universiteti Xəstəxanası təcili tibbi yardım bölməsinə aparılıblar. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilmişdi. Həkimlər bütün səylərə baxmayaraq, onların həyatını xilas edə bilməyiblər.
Türkiyədə gərginlik davam edir. Hər ötən gün ölüm xəbərləri artmaqdadır. Türkiyədə PKK silahlılarına qarşı keçirilən əməliyyatlar fonunda həftə boyu hadisələr səngiməyib. Türk polisi isə ölkənin dörd bir yanında törədilən terror aktlarını anti-terror əməliyyatları ilə susdurmağa çalışır.(Ans)
AzVision.az
Teqlər: