Abdulla Gül oğluna toy edir

Abdulla Gül oğluna toy edir
  19 Avqust 2015    Oxunub:3232
Türkiyənin sabiq prezidenti Abdulla Gül bu həftə oğluna toy edəcək.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, keçmiş prezidentin oğlu Əhmət Münir Gül Hacettepə Üniversitetinin Tibb fakültəsinin məzunu Zəhra Ayşə Qaradərə ilə evlənəcək.

Mərasimə Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və `AK` Partiyadan bir çox siyasətçilərin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Abdulla Gül mart ayında həyat yoldaşı Hayrünnisa Gül ilə Bursaya gedərək Hacettepe Üniversitetinin Tibb fakültəsinin sonuncu kursunda təhsil alan Zəhra Ayşə Qaradərəni oğlu Əhmət Münirə istəyib. Çütlüyün toyu bu həftənin altıncı günü İstanbulun `WOW Oteli`ndə baş tutacaq.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti