Qardaş bacısının başını kəsdi: Namus üstündə

Qardaş bacısının başını kəsdi: Namus üstündə
  20 Avqust 2015    Oxunub:4958
Hindistanda dəhşətli qətl hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, qardaşlar bacılarının başını kəsərək kənd camaatına göstəriblər. Qətl ölkənin Uttar-Pradeş ştatında yerləşən Şaxdjaxanpur şəhərinin Bamani-Çuoki kəndində qeydə alınıb.

Hadisənin təfərrüatlarına gəlincə - əmisioğluna ərə getmək istəyən Ful Cahan ailəsinin narazılığı ilə qarşılaşdığı üçün evdən gedib.

Onun axtarışlarına çıxan Gül Həsən və qardaşı 20 yaşlı Nanxi bacılarının əmisioğlunun evində gecələdiyini öyrənib. Namuslarını təmizləmək istəyən qardaşlar bacılarını tutaraq bıçaqla başını kəsiblər. Daha sonra bir saata yaxın bacılarının başını kəndin ərazisində hamıya nümayiş etdirərək namuslarını təmizlədiklərini və anoloji addım atan qızın bu tale ilə qarşılaşacağını deyiblər.

Qatillər polisə təslim olacaqlarını bildirsələr də bu addımı atmayıblar. Hazırda polislər onları axtarır.


Teqlər:  





Xəbər lenti