Sabiq baş nazir nazir qorxur: “Ona Səs verməyin!”

Sabiq baş nazir nazir qorxur:  “Ona Səs verməyin!”
  20 Avqust 2015    Oxunub:2528
Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer özünün də vaxtilə sədrlik etdiyi Sosial-Demokrat yönümlü “Labour” (Əmək Partiyası) partiyasına yeni sədr seçilməsi prosesində seciçilərə müraciət edərək, namizəd Ceremi Korbinə səs verməməyə çağırıb.

AzVision.az “Euronews”a istinadən məlumat verir ki, bu Bleyer “The Guardian” qəzetinə müsahibəsində Ceremi Korbinin seçiləcəyi halda Sosial-Demokratların sonu olacağı və gözü bağlı şəkildə zirvədən yerə çırpılacağını deyib.

Partiyanın sədrliyinə real namizəd 66 yaşlı Ceremi Korbin siyasi mövqeyi ilə bağlı açıqlama verərkən qeyd edib ki, o əvvəllər olduğu kimi Britaniyanın “Həmas” və “Hizbullah”la əməkdaşlıq etməsinin tərəfdarıdır. Siyasi kursa gəldikdə isə o, sosialist prinsiplərin təkrar geri qaytaracağını, Birtaniyanın atom silahlarından vaz keçəcəyini, eləcə də Rusiya ilə dostlaşma xəttini güdəcəyini bildirib.

Ceremi Korbinin seçilmə şansının olub-olmaması ilə bağlı keçirilən sorğuda ilkin olaraq respondentlərin 46%-i ona dəstək verib. Hazırda Korbinin inkar etdiyi siyasi prinsiplər sədrlik uğrunda mübarizə apardığı Sosial-Demokratların siyasi təməl maraqlarıdır. Məsələn: Sosial-Demokratlar Çeçenistan, Əfqanıstan, Fələstin və İraq savaşlarının əksinə mövqe sərgiləyiblər. Bu isə Korbinin irəli sürdüyü kriteriyalar ilə üst-üstə düşmür.

Fərrux Həsənov



Teqlər:





Xəbər lenti