`Miqrantlar mütləq geri qaytarılmalıdır` – Ştaynmayer

`Miqrantlar mütləq geri qaytarılmalıdır` – Ştaynmayer
  20 Avqust 2015    Oxunub:1983
Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer ölkəyə axışan miqranların tez bir zamanda geri qaytarılmasının çox önəmli məsələ olduğunu bildirib.

O, deyib ki, Balkan ölkələrindən Almaniyaya sığınmış qaçqınlar qısa müddətdə öz ölklərinə yola salınmalıdır. Səbəb kimi isə qaçqın kamplarının salınması üçün yerlərin tükənməsi, eləcə də Almaniyaya axışan miqrantların 30-40%-nin sırf Balkan ölkərinin payına düşməsidir ki, bu da çox böyük göstərici kimi qiymətləndirilir.

Xarici işlər naziri vurğulayıb ki, hazırkı vəziyyət belə qala bilməz, ümumiyyətlə, Makedoniya, Serbiya, Bosniya və Kosovodan olan qaçqınlar mütləq şəkildə öz vətənlərinə geri qaytarılmalıdır.

“Onların öz ölkələrində qalması daha məqsədəuyğundur və beləcə, miqrant qəbul edən ölkələrin yükü xeyli azalmış olar”,– deyə Almaniyanın xarici işlər naziri münasibət bildirib.

Nazirin partiya həmkarı Tomas Opperman da hazırkı aktual problemin həllilə bağlı yekdil açıqlama ilə çıxış edərək bildirib ki, Albaniya, Monteneqro və Kosovodan gələn qaçqınlar Suriya, İraq, Sudan və Mavritaniyadan Almaniyaya pənah gətirən qaçqınlarla müqayisədə öz ölkələrində daha stabil və yaxşı həyat sürürlər. Onların geri yola salınması ən vacib məsələdir.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti