Banqkokdakı partlayışı iki nəfər törədib

Banqkokdakı partlayışı iki nəfər törədib
  20 Avqust 2015    Oxunub:1857
Avqustun 17–də Banqkok şəhərinin hindu mədənində partlayışı törədənin tək olmadığı məlum olub.
Polis şübhəli şəxsin üzünün əsas cizgilərini özündə birləşdirən fotorobotun fotosunu yayıb. Polis hazırda sarı futbolkada olan şəxsi axtarır. Həmin şəxsin bel çantası ilə məbədə giriş saatı və bir neçə dəqiqədən sonra həmin yeri çantasız tərk etdiyi vaxt təhlükəsizlik kamerlarına düşüb.

Bu arada isə Banqkokda partlayış baş vermiş Eravan məbədi avqust ayının 18-də fəaliyyətini bərpa edib. Məbəd yerli vaxtla 08:00-da açılıb və insanlar Hind tanrısı Brahmanın bir az zədələnmiş abidəsinin önünə gül-çiçək qoyub. Məbəd Brahmaya həsr olunsa da, hər gün buranı minlərlə buddist ziyarət edir.(ANS)


Teqlər:





Xəbər lenti