Milyon avroluq korrupsiya
AzVision.az “Euronews”ə istinadən bildirir ki, Almaniya hökuməti yeni Berlin hava limanı “BER”-in menecerlərinə qarşı istintaq araşdırmasına başlayıb.
“Berliner Morgenpost” qəzeti isə məsələ ilə əlaqədar bildirir ki, korrupsiya faktında milyon avrodan daha çox vəsait yoxa çıxıb. Əvvəlcə texniki işin görülməsindən ötrü “Siemens” şirkəti 22 milyon avro istəsə də, sonradan işin icrası üçün 22,9 milyon avro tələb edib. Bildirilir ki, “Siemens” şirkətinə “T-sistem”in quraşdırılması üçün 99% məbləğ tələb olunduqdan sonra həmin vəsait ödənilib. Ekspertlərin rəyinə görə, bu, yolverilməz haldır.
Hava yolları cəmiyyətinin menecer heyəti nəzərdə tutulmuş hesabın böyük həcmini 3 il bundan əvvəl ödəyib, amma sonradan açılış baş tutmayıb. Nəticədə milyon avronun hara xərcləndiyi bilinmir. Məsələ ilə əlaqədar şirkətdə bütün çəkilmiş xərclərin audit yoxlanmasına başlanılıb.
Fərrux Həsənov
AzVision.az
Teqlər: