Nəm dəsmal 6 aylıq uşağın həyatını təhlükəyə atdı

Nəm dəsmal 6 aylıq uşağın həyatını təhlükəyə atdı
  21 Avqust 2015    Oxunub:2513
Rusiyada bir ana 6 aylıq uşağının bədənini təmizləmək üçün nəm dəsmaldan istifadə edərkən körpə ağlamağa başlayıb.
Nə baş verdiyini anlamayan ana bir az sonra gördüyü mənzərə qarşısında şoka düşüb. Uşağın bədəni əvvəlcə qızarıb. Ardınca su toplamağa və qanamağa başlayıb.

Körpəsini təcili yardıma aparan anaya həkimlər dəhşətli gerçəyi, yanığın kimyəvi yanıq olduğunu və bir az daha gec gətirilsəymiş uşağın ölə biləcəyini deyiblər.

Onlar yanığa səbəb kimi ananın istifadə etdiyi nəm dəsmalı göstəriblər.

Araşdırma zamanı nəm dəsmalın saxta olduğu aydınlaşıb.

Qeyd edək ki, son zamanlar Rusiyada bir çox uşaq məhsullarının saxtası hazırlanır.

Aysel Əliyeva


Teqlər:  





Xəbər lenti