Azərbaycanlı Rusiyada qadını döyərək öldürdü

Azərbaycanlı Rusiyada qadını döyərək öldürdü
  22 Avqust 2015    Oxunub:1808
Rusiyada azərbaycanlı şəxs qadını döyə-döyə öldürüb.
AzVision.az xəbər verir ki, Kirov rayonu üzrə Rusiya Federasiyasının İstintaq komitəsinin yaydığı məlumatda deyilir ki, 34 yaşlı azərbaycanlı barəsində cinayət işinin araşdırılması başa çatıb.

Belə ki, şübhəli bilinən şəxs iyun ayının 17-də öz mənzilində 56 yaşlı qadınla içki qəbul edib. Qonaqlığın gedişatında münaqışə baş verib. Mübahisə nəticəsində cinayətkar ən azı 21 dəfə yumruq və təpiklə qadının başına və bədəninə zərbə vurub. Sonra zərər çəkənin evində yatmağa gedib, lakin səhər onu ölü tapıb.

İstintaq zamanı cinayətkar hər şeyı inkar etsə də ekspertlər azərbaycanlının cinayətı törətməsini sübüta yetiriblər. Cinayətkarın işi prokurorluğa göndərilib.


Teqlər:  





Xəbər lenti