Fələstinin İrəvanda səfirlik açması xəbəri yalan çıxdı

Fələstinin İrəvanda səfirlik açması xəbəri yalan çıxdı
  23 Avqust 2015    Oxunub:1532
Fələstinin Azərbaycandakı səfirliyi bu ölkənin Ermənistanda səfirlik açması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Səfirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Fələstinin Ermənistanda səfirlik açması ilə bağlı yayılan məlumatlar araşdırılıb. Səfirlikdən bildirilib ki, bu xəbər rəsmi olaraq təsdiqlənməyib və yalan məlumatdır:

"Yeni səfirlik açılanda bununla bağlı Fələstin Xarici İşlər Nazirliyi ve Prezident Administrasiyası bizə məlumat verir".


Teqlər:





Xəbər lenti