100 azərbaycanlı Ukrayna vətəndaşı oldu

100 azərbaycanlı Ukrayna vətəndaşı oldu
  24 Avqust 2015    Oxunub:1535
2015-ci ilin əvvəlindən 100 azərbaycanlı Ukrayna vətəndaşı olub.
AzVision.az `UNN`-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Miqrasiya Xidməti məlumat verib.

“2015-ci ilin altı ayı ərzində sadələşdirilmiş qaydada 1921 şəxs Ukrayna vətəndaşlığı alıb”, - Miqrasiya Xidmətinin yaydığı məlumatda bildirilir.

Həmin şəxslərin 975 nəfəri Rusiya Federasiyası, 199 nəfəri Moldova, 101 nəfəri Ermənistan, 100 nəfəri isə Azərbaycandandır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti