Almaniya yenə Peşmərgəyə təlim keçir

Almaniya yenə Peşmərgəyə təlim keçir
  24 Avqust 2015    Oxunub:1859
Almaniya hərbiçiləri İraqın şimalında Ərbil şəhərində hələ də kürdlərə, Peşmərgə qüvvələrinə döyüş əməliyyatlarına dair hərbi təlimlər keçirlər.

AzVision.az alman mətbuatına əsasən məlumat verir ki, almanlardan ibarət hərbi təlimçi briqadası Peşmərgə qüvvələrinin İŞİD tərəfindən oluna biləcək real hücumların qarşısını almaq üçün alman silahlarından istifadə ilə əlaqədar təlimlər keçir. Ərbil şəhərinin yaxınlığında İŞİD-in kimyəvi silahdan təşkil etdiyi hücum nəticəsində 60 nəfər Peşmərgə döyüşçüsünün öldüyü də bildirilir.

“Bundeswehr”in gizli servislərinin verdiyi məlumata görə, İŞİD tez-tez həmin bölgədə Peşmərgəyə qarşı kimyəvi bombalardan istifadə edir. “Bundeswehr” rəsmisi isə açıqlmasında hücum zamanı alman əsgərlərinə hər hansısa bir zərərin dəymədiyini açıqlayıb.

Fərrux
AzVision.az


Teqlər:





Xəbər lenti