Ərəb general öldürüldü

General yoxlama məqsədilə Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanı mövqelərinə baş çəkirmiş. Ağır yaralanan general xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya martın 26-dan Yəmənə havadan zərbələr endirir.
Hərbi əməliyyatın məqsədi Yəməndəki husiləri (şiələr) hakimiyyəti Abd Rabbo Mansur Hadiyə qaytarmağa məcbur etməkdir.
Eldar Tanrıverdiyev
AzVision.az