Türkiyə yenə şəhid verdi

Türkiyə yenə şəhid verdi
  24 Avqust 2015    Oxunub:1626
PKK Türkiyədə növbəti terror aksiyası törədib.
AzVision.az xəbər verir ki, hadisə Türkiyənin cənub-şərqində, Hakkari vilayəti ərazisində qeydə alınıb. Belə ki, Hakkarinin Şəmdinli rayonunun Təkəli kəndi yaxınlığında hərbi avtomobil yoldan keçərkən yolun kənarına basdırılmış bomba terrorçular tərəfindən partladılıb.

Partlayış nəticəsində 2 əsgər həlak olub, 3-ü yaralanıb. Yararlılar xəstəxanaya çatdırılıb. Terrorçulara qarşı geniş əməliyyat başlayıb.


Teqlər:  





Xəbər lenti