Türkiyə və ABŞ İŞİD-ə qarşı müharibəyə başlayır

Türkiyə və ABŞ İŞİD-ə qarşı müharibəyə başlayır
  24 Avqust 2015    Oxunub:2460
Türkiyə və ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyanın şimalında İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına aviazərbələrin endirilməsinə dair razılığa gəliblər.
AzVision.az-ın məlumatına görə, bu barədə `Reuters`ə müsahibəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

`Dünən (bazar günü) texniki məsələlər üzrə danışıqlar aparılıb. Yaxın vaxtlarda biz İŞİD-ə qarşı kompleks əməliyyatlara başlayacağıq. Bu əməliyyatlara Səudiyyə Ərəbistanı, İordaniya, Qatar, Böyük Britaniya və Fransa da qoşula bilər`, - deyə Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, aviazərbələr daha əvvəl Ankaranın təhlükəsizlik zonası yaratmaq istədiyi ərazilərə endiriləcək.
`Bu əməliyyat, həmçinin prezident Bəşər Əsəd və onun administrasiyasına icmarıc xarakteri də daşıyacaq`, - deyə Türkiyə XİN rəhbəri vurğulayıb.

O, qeyd edib ki, Suriya kürdlərinin partiyası olan Demokratik Birlik Partiyası (DBP) öz mövqeyini dəyişməsə İŞİD-dən təmizlənən ərazisinin bir hissəsi olmayacaq.

Çavuşoğlunun sözlərinə görə, Suriya kürdləri Suriyanın ərazi bölüvlüyü uğrunda mübarizə aparmırlar.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti