Tiflisdə Cəmil Paşaya ikinci erməni terroru – FOTO

Tiflisdə Cəmil Paşaya ikinci erməni terroru – FOTO
  25 Avqust 2015    Oxunub:7178
Tbilisidə İngorokva küçəsi, 10/2 ünvanında bir xatirə lövhəsi var idi. Həmin lövhədə yazılmışdı: “Dəyərli türk dövlət adamı və vətənsevər komandir Əhməd Cəmil Paşa (1872-1922) 21 iyul 1922-ci il tarixində burada şəhid edilmişdir. Dost gürcü və türk xalqlarının qəlblərində yaşayacaq əziz xatirəsinə ithaf olunur”.



Yada salaq ki, ermənilərin "Daşnaksutyun" partiyası qondarma "soyqırım” yalanına görə Əfqanıstandakı səfirlikdə müşavir olan Camal Paşanın qətlə yetirilməsinə dair qərar çıxarmışdı. O, İstanbula qayıdarkən Tiflisdə erməni terrorçusu tərəfindən qətlə yetirilmişdi.

Terrorçular Petros Ter-Poqosyan və Artaşes Gevorqyan onunla birlikdə yavəri Sürsən bəy və katibi Müsfət bəyi də qətlə yetirmişdilər. Yaxınlıqda olan polis və yanğınsöndürənlər qatilləri təqib edəndə atışma olmuş, nəticədə bir Tiflis sakini – təsadüfən küçədən keçən qadın yaralanmışdı.

Amma bu yaxınlarda elə həmin yerdə ermənilər Cəmil Paşaya qarşı ikinci, bu dəfə mənəvi terror aktını həyata keçiriblər. Belə ki, türk dövlət xadiminin xatirə lövhəsi yığışdırılıb, onun qətlə yetirildiyi yerdə isə küçəyə bu sözlər yazılıb: “Bəşəriyyətə qarşı cinayət işləmiş Cəmil paşa 1922-ci ildə bu yerdə güllələnmişdir”.



Bu, nə deməkdir? Erməni barbarlar doğrudanmı, Tiflisdə istədiklərini edə bilirlər? Bu addım həm də Türkiyə və Gürcüstanı üz-üzə qoymaq deməkdir. Yəni söhbət təkcə mənəvi cinayətdən yox, həm də siyasi təxribatdan gedir… Doğrudanmı, Gürcüstanın hüquq-mühafizə orqanları bunun qarşısını almaqda acizdirlər?

Ümid edirik ki, məsələyə tezliklə aydınlıq gətiriləcək…

Tariyel
AzVision.az


Teqlər:  





Xəbər lenti