OPEK-dən proqnoz: `Neft 60 dollar olacaq`

OPEK-dən proqnoz: `Neft 60 dollar olacaq`
  29 Avqust 2015    Oxunub:4690
Əgər Çin iqtisadiyyatı əvvəlki gücünü bərpa etsə, onda ilin sonuna kimi neftin qiyməti 60 dollara qədər bahalaşa bilər.
AzVision.az `Reuters`ə istinadən xəbər verir ki, bu barədə OPEK (Neft ixrac edən ölkələrin təşkilatı) xəbər yayıb.

Təşkilat nümayəndəsinin sözlərinə görə, ilin sonuna qədər dünya birjalarında bir barel neftin dəyəri 40-50 dollar arasında dəyişəcək.

Həmçinin, bu ilin dekabr ayında Avstriyanın paytaxtı Vyanada da OPEK üzvlərinin növbəti cilası keçiriləcək. Bu da öz növbəsində neft qiymətlərinin artımı ilə nəticələnə bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti