2 avtobusun istiqaməti dəyişdi

2 avtobusun istiqaməti dəyişdi
  31 Oktyabr 2016    Oxunub:1972
Bu gün səhər saat 10-dan etibarən aparılan tikinti işləri ilə əlaqədar Zığ yolunda - Hatəm Allahverdiyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
AzVision.az xəbər verir ki, təmir işləri aparıldığı müddətdə ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan rahat istifadə etmələrini, sərnişin avtobuslarının təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edib.

Belə ki, adı çəkilən marşrut xətləri üzrə avtobuslar alternativ olaraq Rövşən Göyüşov küçəsi (6 saylı Vərəm Xəstəxanası) ilə hərəkət edərək (Bahar Enerji istiqamətində) Hövsan yolu ilə əlaqələnəcək. Rövşən Göyüşov küçəsinin ümumi uzunluğu 4,8 km-dir. Hatəm Allahverdiyev küçəsində Zığ yolunun bağlanması Hövsan yolu ilə şəhər istiqamətində və əksinə, Hövsan qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməyəcək.

Yolun bağlanmasının, həmçinin "Bakubus" MMC-nin xəttə çıxan avtobuslarına təsiri olmayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti