Ucuz bayram bazarlığı etmək istəyənlərin diqqətinə!

Ucuz bayram bazarlığı etmək istəyənlərin diqqətinə!
  19 Dekabr 2016    Oxunub:3132
Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində yarmarkalar təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a daxil olan xəbərdə bildirilir ki, əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə keçiriləcək yarmarkalar 24-31 dekabr 2016-cı il tarixlərində baş tutacaq.

Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:

Bakı şəhəri üzrə:

1. Xətai rayonu:
-Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

2. Nərimanov rayonu:
-Keşlə bazarının ərazisi;

3. Səbail rayonu:
-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

4. Suraxanı rayonu:
-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

5. Binəqədi rayonu :
-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):

-12-ci mikrorayon

-köhnə avtovağzalın yanı

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

***

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatını tam dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, suni qiymət artımının və möhtəkirliyin qarşısınəın alınması məqsədilə 24-31 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarnmarkasının keçirilməsi nəzərdə tutulub.

Bu barədə AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. O qeyd edib ki, Bakı şəhərində yarmarkalar 5 rayonda keçiriləcək.

“Bayramla əlaqədar yarmarkalar 7 gün fəaliyyət göstərəcək. Bakı şəhərində ünvanlar bəllidir. Eyni zamanda Sumqayıt şəhərində iki ünvanda -12-ci mikrorayon və köhnə avtovağzalın yanında yarmarka açılacaq. Artıq yerli icra hakimiyyəti orqanlarına müraciət olunub ki, yarmarkaya çıxarılan məhsulların həm çeşidi, həm də miqdarı çoxaldılsın. Bu barədə məlumatlar göndərilib”.

Nazirlik sözçüsü bildirib ki, nazirliyin məsul əməkdaşları və işçi qruplarının yarmarkaya təhkim olması barədə tapşırıq verilib.

“Dövlət Fitosanitar Nəzarət Xidməti və Dövlət Baytarlıq Nəzarəti Xidməti yarmarkalara tam nəzarət edəcək. Eyni zamanda müayinələrin vaxtında aparılması üçün səyyar laborotiyalarmız yarmarkalara cəlb olunub”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti