Bakı sakininin evdə meyiti tapılıb

Bakı sakininin evdə meyiti tapılıb
  06 Yanvar 2017    Oxunub:1657
78 yaşlı Bakı sakininin evdə meyiti tapılıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1938-ci il təvəllüdlü Qrintinkov Vladeslav Vasileviçin meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:42-də başa çatıb.

AzVision.az


Teqlər:



Xəbər lenti