İran səfirliyində xatirə kitabı açılacaq

İran səfirliyində xatirə kitabı açılacaq
  09 Yanvar 2017    Oxunub:1735
İranın sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
Səfirlikdən AzVision.az -a verilən məlumata görə, kitab yanvarın 10-da və 11-də saat 10:00-dan 12:00-a və 15:00-dan 17-yə qədər açıq olacaq.

Bundan başqa, İranda üç günlük matəm elan olunması ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində və Baş Konsulluğunun binasında bayraqlar endirilib.

Xatırladaq ki, Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 8-də 82 yaşında vəfat edib. O, 1989-1997-ci illərdə İran prezidenti olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti