Maştağada 26 yaşlı oğlan güllələnib

Maştağada 26 yaşlı oğlan güllələnib
  20 May 2017    Oxunub:1879
Maştağada silahlı insident baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, mayın 19-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş, ruhi xəstə Ədalət Babayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapança və 6 ədəd patron götürülüb.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti