Şamaxıda sel 2 körpünü uçurdu: Kəndlə əlaqə kəsildi
Kənd sakinləri bildiriblər ki, artıq Talışnuru kəndinə minik maşınlarının gedişi dayanıb. Hazırda yerli sakinlər çayı keçməkdə çətinlik çəkirlər. Çayın gətirdiyi iri daşlar və güclü sel axını hərəkətə mane olur.
Qeyd edək ki, kəndə gedən körpü 1996-cı ildə bərpa olunsa da, hazırda ondan istifadə etmək mümkün deyil. Selin vurduğu zərərin miqdarı hesablanır. (Report.az)
AzVision.az
Teqlər: Şamaxı







Vaxtında, Aydın, Lazımlı!


