Heydər Əliyev Fondunun nümayəndələri uşaq evində otaqların movcud şəraiti ilə tanış olublar, Şəki şəhərində yeni binanın inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.
Şəki qarışıq tipli uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyə və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədi ilə Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən tezliklə yeni binanın inşasına başlanılacağı bildirilib.
AzVision.az