“Dedi ki, seyidəm, sübut edə bilmirəm”- Vəsiqənin “sirri” açıldı

“Dedi ki, seyidəm, sübut edə bilmirəm”- Vəsiqənin “sirri” açıldı
  12 İyun 2017    Oxunub:30028
Sosial şəbəkələrdə Tağıyev Elnur Mirverdi oğlunun adına verilən seyidlik vəsiqəsi böyük müzakirələrə səbəb olub. Diqqəti cəlb edən məqamlardan biri də vəsiqənin QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzovun imzası və möhürü ilə təsdiqlənməsidir.
Femida.az QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzovla əlaqə saxlayıb. O, açıqlamasında məsələyə aydınlıq gətirib:

- Həmin oğlanı heç tanımıram, bu gün də görsəm, tanımaram. Elnur əslən Lerikdəndir. Mənə müraciət edəndə dedi ki, seyid nəslindəndir, amma sübut edə bilmir. Məndən xahiş etdi ki, onun seyid olmağını sübut etməyə kömək edim. Mən də bildirdim ki, kənddə olan insanlardan onun seyidliyini təsdiq edənlər varsa, müraciət etsinlər. Elə də oldu. Bir neçə nəfər təsdiq etdi ki, həmin oğlan həqiqətən də seyid nəslindəndir. Bundan sonra ona vəsiqəni verdim.

Bəs, başqa insanlara da bu seyid vəsiqəsi verilibmi? Mirqiyas Təhməzov bildirib ki, Elnur Tağıyevdən başqa heç kimə belə vəsiqə verilməyib və bundan sonra da verilməyəcək. Elnur Tağıyevin də məqsədi el arasında seyid kimi tanınmasını istəməsi olub.

AzVision.az


Teqlər: #Seyid   #Vəsiqə  





Xəbər lenti