Xətaidəki yanğın söndürülüb - Yenilənib
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
***
(12:50)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda boş ərazidə quru ot və məişət tullantılarının yanması haqqında məlumat daxil olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


