"Kim istəyirsə, qonaqlıq verə bilərəm" - Millət vəkili
Bunu AzVision.az-a millət vəkili Aqil Abbas "Qarabağ" klubunun “Kopenhagen” üzərindəki qələbəsini şərh edərkən deyib.
A. Abbas “bir dəfə demişdiniz ki, “Qarabağ” qalib gələsə, qonaqlıq verərəm. Sözünüz hələ də qüvvədədir?” sualına belə cavab verib:
““Qarabağ” qələbə qazandı, qazanmadı mən hər gün qonaqlıq verərəm. Kopenhagendəki oyunu gözləyirəm. İnşallah orada da qələbə qazanarıq. Kim istəyərsə, onda qonaqlıq verə bilərəm. İnanıram ki, komandamız qalib olacaq. Bakıda olsaydım məmnuniyyətlə komanada ilə birlikdə Kopenhagenə gedərdim. Dəfələrlə xaricə gedib komandamızın oyunlarını izləmişəm. Ümid edirəm ki, Avropada yaşayan azərbaycanlılar, türk qardaşlarımız “Qarabağ”ı tək qoymayacaqlar”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Aqil-Abbas Qarabağ