Azərbaycandan Myanma müsəlmanlarına yardım göndərilməyib

Azərbaycandan Myanma müsəlmanlarına yardım göndərilməyib
  06 Sentyabr 2017    Oxunub:2290
Myanmada yaşayan müsəlmanlara Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən yardım göndərilməyib.

Bu barədə AzVision.az-a açıqlamasında AzQAC-ın aparat rəhbəri Rövşən Əliyev bildirib.
O, vurğulayıb ki, zərurət yarandığı və onlara müraciət edildiyi halda bu məsələyə baxıla bilər.

“Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin qaydalarına əsasən hər hansı ölkədə humanitar problemlər yarananda beynəlxalq federasiya öz saytı vasitəsilə donor milli cəmiyyətlərə müraciət ünvanlayır. Müraciətdə milli cəmiyyətlərin imkanı daxilində həmin bölgəyə köməklik etməsi qeyd edilir. Hələki belə müraciət yoxdur. Əgər müraciət olsa, nəinki biz, digər milli cəmiyyətlər də Myanmadakı müsəlmanlara kömək edə bilər”.

Qeyd edək ki, avqustun 25-dən indiyədək Arakan vilayətində Myanma hərbçilərinin "təhlükəsizlik əməliyyatı" adı altında 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu insan isə evini tərk etməyə məcbur olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: AzQAC   Myanma   Yardım  





Xəbər lenti