Ötən gün 67 cinayət faktı qeydə alınıb

Ötən gün 67 cinayət faktı qeydə alınıb
  07 Noyabr 2017    Oxunub:939
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 67 cinayət faktı qeydə alınıb, onların da 5-i “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Cinayət   Həbs  





Xəbər lenti