“ASAN peşə” 8651 nəfərin işini asanlaşdırıb

“ASAN peşə” 8651 nəfərin işini asanlaşdırıb
  21 Dekabr 2017    Oxunub:1558
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) yeni inzibati binası istifadəyə verilib.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabatında qeyd olunub. Bildirilib ki, prezident İlham Əliyevin fərmanına əsasən yaradılan agentlik ölkənin təhsil sistemində həyata keçirilən islahatlara, ölkə iqtisadiyyatının, strukturunun möhkəmlənməsinə, ildən-ilə formalaşmasına xidmət edir.

Qeyd olunub ki, 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə 8651 nəfər qəbul olunub. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib:

“Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. Bu il orta attestat balı “4” və “5” olan 50-yə yaxın namizəd qeydə alınıb”.

Hesabata əsasən 2017-ci ildə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi istifadəyə verilib.: “Peşə Təhsil Mərkəzi iri sənaye mərkəzlərində, regionlarda rasionallaşdırılma və optimallaşdırma prosesinin həyata keçirilməsi çərçivəsində yaradılıb. 3 mərtəbədən ibarət mərkəzdə iqtisadiyyatın prioritet istiqamətləri üzrə peşə təhsilində ixtisaslı kadr hazırlığı ilə bağlı hər cür şərait vardır. Mərkəzdə istehsalat təlim dərslərini yüksək səviyyədə həyata keçirmək üçün bütün ixtisaslara uyğun yaradılmış 4 emalatxana lazımi avadanlıqla təchiz olunub. Mərkəzdə ümumilikdə 980 nəfərin təhsil alması mümkündür. Hazırda mərkəzdə 19 ixtisas üzrə tədris aparılır və bu ixtisaslarda 457 şagird peşə öyrənir. Ümumilikdə 23 istehsalat təlim ustası, 14 nəfər pedaqoji heyət fəaliyyət göstərir”.

AzVision.az


Teqlər: ASAN-peşə  





Xəbər lenti