Kürdə suyun səviyyəsi azalıb

Kürdə suyun səviyyəsi azalıb
  05 Fevral 2018    Oxunub:1269
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 190-230, Lənkəran-Astara zonası çaylarında 100-170, Naxçıvan Muxtar Respublikası çaylarında isə 170 faizini təşkil edir.
Departamentdən AzVision.az-a bildirilib ki, fevralın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 187 kubmetr olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 114 kubmetr təşkil etməklə ongünlük normanın 69 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 57 kubmetr olmaqla ongünlük normanın 83 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 52 kubmetr təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 6, Salyanda 10, Bankədə 9 santimetr azalma qeydə alınıb, lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 369 (2017-ci il fevralın 5-də 474 sm), Şirvanda 251 (2017-ci il fevralın 5-də 349 sm), Salyanda 201 (2017-ci il fevralın 5-də 317 sm), Bankədə 195 (2017-ci il fevralın 5-də 240 sm), Araz çayının Novruzlu məntəqəsində isə 117 santimetr (2017-ci il fevralın 5-də 196 sm) təşkil edir.

AzVision.az


Teqlər: ETSN   Kür  





Xəbər lenti