Azərbaycan İlahiyyat İnstitutu yaradıldı

Azərbaycan İlahiyyat İnstitutu yaradıldı
  09 Fevral 2018    Oxunub:5192
Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sərəncamda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq tapşırılıb. Təhsil Nazirliyi isə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, həmçinin iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti