Səhiyyə Nazirliyin mətbuat xidmətindən
AzVision.az-a bildirilib ki, nazir Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarından olan 13 nəfəri qəbul edərək onların şikayət, təklif və fikirlərini dinləyib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb və onların bəziləri yerindəcə həll edilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
AzVision.az