Corien Jonker: "Biz seçkilərə müdaxilə etmirik"

Corien Jonker: "Biz seçkilərə müdaxilə etmirik"
  09 Mart 2018    Oxunub:3217
Bakıda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri xanım Corien Jonker bəzi müxalif partiyaların seçkidə iştirak etməməsi ilə bağlı suala cavab verib.
AzVision.az-ın məlumatına görə, missiya rəhbəri bildirib ki, bu, müxalifətin öz qərarıdır

"Biz bu qərara müdaxilə etmək üçün Azərbaycana gəlməmişik. Bu, onların qərarıdır. Biz bundan əvvəlki missiyaların seçkilərə dair tövsiyyələrini hökumət qurumları ilə müzakirə edəcəyik. Biz seçkilərə müdaxilə etmirik. Məqsədimiz seçki prosesinin şəffaf olmasıdır. 20 uzunmüddətli müşahidəçi Azərbaycanda səfərdə olacaq. İki nəfərdən ibarət 10 komanda Azərbaycanın bütün regionlarında növbədənkənar seçkilərə dair müşahidələr aparacaq", -deyə seçki missiyasının rəhbəri jurnalistlərə bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ATƏT   Seçki  





Xəbər lenti