DİN-dən
AzVision.az-a verilən xəbərə görə, təkcə bir gün ərzində - iyunun 7-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Qeyd edək ki, ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.
AzVision.az