Videosu yayılan icra başçısına cinayət işi açıldı

Videosu yayılan icra başçısına cinayət işi açıldı
  13 İyun 2018    Oxunub:3248
Gürcüstanın Marneuli rayonunun azərbaycanlı icra başçısı Temur Abazova qarşı cinayət işi açılıb, hazırda işlə bağlı istintaq gedir.
Bu barədə AzVision.az-a Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov məlumat verib. Deputat bildirib ki, icra başçısına qanunvericiliklə hansı cəzanın veriləcəyi hələlik bilinmir.

“Temur Abazov saxlanılıb və cinayət işi davam edir. Hələ heç nə dəqiqləşməyib və konkret nəticə yoxdur”, - A.Süleymanov deyib.

Qeyd edək ki, Tbilisidə keçirilən etiraz aksiyalarında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev "Facebook"da canlı yayım edərək Temur Abazovu təhqir edib. Daha sonra həmin şəxsin alçaldılaraq üzr istəməsinin görüntüləri yayılıb. Sosial şəbəkələrdə paylaşılan videoda azərbaycanlı icra başçısının görüntüləri yer alıb. Onun sözügedən video görə saxlanıldığı bildirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Gürcüstan   Marneuli   İcra-Başçısı  





Xəbər lenti