Elmar Vəliyevə silahlı hücum olub - Yenilənib

Elmar Vəliyevə silahlı hücum olub - Yenilənib
  04 İyul 2018    Oxunub:19391
Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına silahlı hücum olub.
AzVision.az xəbər verir ki, "Report"un hüquq–mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə nəticəsində icra başçısı Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

İcra başçısı ağır yaralı vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

Faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq.

***
Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub.


AzVision.az APA-ya istinadən xəbər verir ki, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.

Hücum nəticəsində icra başçısının mühafizəçisi yaralanıb. İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.

Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər. Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.

AzVision.az



Teqlər: Elmar-Vəliyev  





Xəbər lenti