“Bizə etibarlı, sınanmış tərəfdaşlar lazımdır” - Prezident
AzVision.az xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella ilə birgə Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumunda iştirak edən Prezident İlham Əliyev deyib.
Prezident bildirib ki, İtaliya şirkətləri Azərbaycanın müxtəlif sahələrində podratçı, kontraktor kimi fəaliyyət göstərirlər: "Hazırda biz bunu görürük. İnşaat, infrastruktur, ağır sənaye, kənd təsərrüfatı, emal sektorlarında belə əməkdaşlıq var. Ancaq hesab etmirəm ki, bu, lazımi səviyyədədir. Biz bu səviyyəni qaldırmalıyıq və hesab edirəm ki, biznes dairələri bu barədə bu gün danışacaqlar. Ona görə, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət hesab edirəm ki, növbəti illər üçün əsas istiqamətlər olmalıdır”.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident