23 sentyabr, saat 05:54 - Payızın gələcəyi vaxt

23 sentyabr, saat 05:54 -  Payızın gələcəyi vaxt
  03 Sentyabr 2018    Oxunub:6501
Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də saat 05:54:06-da daxil olacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzVision.az-a verilən məlumata görə, payız fəsli daxil olduğu anda həm də gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər.

Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir. Beləliklə , şimal yarım kürəsiü üçün payız, qış fəsli, cənub yarım kürəsi üçün yaz, yay mövsümü başlayır.

Qeyd edək ki, Azərbaycanda qış fəsli dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) daxil olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   Payız  





Xəbər lenti