Ağsuda ata və oğlunu avtomobil vurub

Ağsuda ata və oğlunu avtomobil vurub
  06 Sentyabr 2018    Oxunub:4267
Ağsu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
AzVision.az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında, "Gəgəli dayanacağı" adlanan ərazidə qeydə alınıb.

Belə ki, Binə qəsəbəsi sakini, 1979-cu il təvəllüdlü Fərzəliyev Namiq Atamoğlan oğlunu və onun azyaşlı övladı Fərzəliyev Adəm Namiq oğlunu avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Daha sonra onlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti